İranın simasını pozanlar terrorizmin əsas himayəçiləridirlər
https://azeri.sahartv.ir/news/İran-i226255-İranın_simasını_pozanlar_terrorizmin_əsas_himayəçiləridirlər
İranın iqtisadi və maliyyə naziri deyib ki, İranın simasını pozmağa çalışan ölkələr terrorizmin əsas himayəçiləridirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2016 05:01 Asia/Baku
  • Əli Təyyebniiya
    Əli Təyyebniiya

İranın iqtisadi və maliyyə naziri deyib ki, İranın simasını pozmağa çalışan ölkələr terrorizmin əsas himayəçiləridirlər.

İranın iqtisadi və maliyyə naziri Əli Təyyebniiya Blumberq xəbər portalı ilə müsahibədə əlavə edib: Dünya ictimaiyyəti yaxşı bilir ki, hansı ölkələr Əlqaidəni təşkil edib, maliyyələşdirib, təchiz və himayə ediblər və İran da terror qrupları ilə mübarizənin ön xəttində ağır xərclər ödəyibdir.

Təyyebniya söyləyib: Dünya ölkələri terrorizm hədəsini hər zamandakından daha yaxşı dərk edib və İranın terrorizmlə mübarizədəki yerini də tanıyıblar. Elə bu məsələ İran ilə dünya ictimaiyyəti arasında daha yaxşı  həmkarlıq zəminləri yarada bilər.