Rusiya Qərbin nüvə anlaşması qarşısındakı qaranlıq rəftarını tənqid edib
-
Rusiya Qərbin nüvə anlaşması qarşısındakı qaranlıq rəftarını tənqid edib
Rusiya xarici işlər nazirinin müavini Qərbin nüvə anlaşması qarşısındakı rəftarını qaranlıq adlandırıb.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov dünən İnterfax ilə müsahibədə nüvə anlaşmasının icra gedişinə toxunaraq, deyib: Qərbin İranın ikili istifadəyə malik olan hava texnologiyası və məhsullarını əldə etməyə çalşmasına dair iddiaları qaranlıqdır.
Rybakov əlavə edib: BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi əldəetmə və təyinetmə kanalı kimi xüsusi həll yolları nəzərdə tutubdur ki, ölkələr onun vasitəsilə nüvə təminatçıları siyahısında qeyd olunmuş ikili istifadəyə malik olan hava texnologiyası və məhsullarının satışı üçün öz təkliflərini irəli sürə bilərlər.
Rusiya xarici işlər nazirinin müavini habelə İranın Amerika ilə Avropanı özlərinin nüvə anlaşması çərçivəsindəki öhdəliklərinə əməl etmələrini yubatmalarını tənqid etməsinə işarə edərək, deyib: İranlılar düzgün surətdə Qərb ölkələrini tənqid ediblər, zira Amerika ilə Avropa Birliyinin İrana qarşı sanksiyalarından nəzərəçarpacaq sayda götürülməsinə əsasən,beynəlxalq ticarət qurumları İran İslam Respublikasına qayıtmağa tələsmirlər.
İran İslam Respublikasının yüksək vəzifəli rəsmiləri son zamanlar qərblilər tərəfindən bank sanksiyalarının götürülməməsi haqda xəbərdarlıq ediblər.