İranın əmlakından 30 milyard dollar azad olundu
İran və 5+1 qrupu arasında Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsində İranın xaricdə dondurulmuş əmlakından təxminən 30 milyard dollar azad olunub.
İRNA-nın məlumatına görə, Dünya Bankı İranın dünya bazarlarında neftin qiymətinin ucuzlaşması qarşılığında reaksiyası barədəki hesabatında xatırladıb: Bu olay İran iqtisadiyyatına təsir göstərib. Lakin bu ölkənin xəsarət alması regionda neft istehsal edən digər ölkələrlə müqayisədə az olmuşdur. Çünki ötən bir il ərzində İranın dondurulmuş əmlakından təxminən 30 milyard dollar azad olunmuşdur.
Dünya Bankının bildirdiyinə görə, İranın bu sahədəki digər uğurunun səbəbi iqtisadiyyatının çeşidliliyi və onun neft gəlirlərinə az asılı olmasıdır. Belə ki, neft hazırda İran hökumətinin gəlirlərinin yalnız 30%-ni təmin edir.
Neft Nazirliyinin bildirdiyinə əsasən, yanvar ayında sanksiyaların sona çatmasından sonra, İran dünya bazarlarındakı payını qorumaq üçün gündəlik neft istehsalını təxminən 600 min barelə artırıb və yay fəslinin sonuna qədər onu 800 min barelə çatdırmaq niyyətindədir.