İran qazı; qonşular ilə əməkdaşlıq fürsəti
-
Prezident Həsən Ruhani
İran İslam Respublikası prezidenti Həsən Ruhani İranın Milli Neft Şirkətinin təsis edilməsinin 50 illiyi münasibəti ilə keçirilən seminarda deyib: Bu gün İran qazı pak bir enerji olaraq, qonşular ilə əməkdaşlıq amilinə çevrilib.
H.Ruhani deyib: İranın Milli Neft Şirkətinin təsis edilməsinin 50-ci ildönümünü təbrik edirəm. Neft və qaz məsələsi ötən bir əsrdə xalqımız üçün daim diqqət mərkəzində duran bir mövzu olub. Neft və qaz məsələsi sırf iqtisadi məsələ olmayıb və bu gün də belədir.
Ruhani əlavə edib: İranda neft istehsalı Məşrutə inqilabından sonrakı dövrə təsadüf edir və daim neft məsələsi siyasət ilə yanaşı olub. Neft hal hazırda əsasən xarici siyasət və bəzən də daxili siyasət ilə yanaşıdır.
İran prezidenti həmçinin deyib: İslam İnqilabının qələbə çalmasında neft sənayesinin başlatdığı aksiyalar son dərəcə təsirli olmuş və İnqilabın qələbə çalmasına öz töhfəsini vermişdir.
Həsən Ruhani əlavə edib: Neft daim OPEK və onun fəaliyyətləri çərçivəsində ixracat və idxalat sahəsində son dərəcə təsirli olub. Qaz da sonrakı mərhələdə meydana daxil olub. Bu gün təbii qazın təsirləri bir cəhətdən çox önəmlidir. Belə ki, qaz pak bir enerji olaraq müxtəlif ölkələr xüsusi ilə də qonşu ölkələr arasında əlaqələrin genişlənməsinə səbəb olan bir amildir.
İran prezidenti sonda deyib: Bu gün neft nazirinin elan etdiyi kimi, dövlət proqramında gündəlik olaraq 200 milyon kubmetr qazın ixracata ayrılması qonşu və daha geniş miqyasda LNG istifadəçiləri üçün böyük önəm kəsb edir. İran öz proqramlaşdırmalarında belə rəftar edir, qonşu və digər ölkələr ilə əlaqələrini həm neft, həm də qaz sektorunda görür.