Avq 03, 2016 17:11 Asia/Baku
  • Qərbin insan haqları normaları ikiüzlü və özünə sərf edən normalardır
    Qərbin insan haqları normaları ikiüzlü və özünə sərf edən normalardır

İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Mərkəzinin katibi Qərbin insan haqları mözusundakı mövqelərinin birtərəfli, ikiüzlü və özünə sərf edən mövqelər olduğunu bildirib.

Məhəmməd Cavad Laricani bu gün İslami İnsan Haqları toplantısında etdiyi çıxışında deyib: Beynəlxalq səviyyədə Qərb dövlətləri ilə qarşı-qarşıya gəldikdə, onlara hətta öz sözlərinin yiyəsi olmadıqları belə isbat edilib. 

Laricani deyib: Qərb dövlətlərinin İslama və digər dinlərə qarşı mövqeləri, zorakı mövqelərdir, halbuki insan haqlarının zorakılıqla heç bir əlaqəsi ola bilməz.

İranın İnsan Haqları Mərkəzinin katibi deyib: Qərb dünyaya müsəlman ölkələrin öz həyat tərzlərini İslam dini əsasında qurmaq haqqına malik olmadıqlarını deyir; onlar müsəlmanlar üçün bəzi kənar azadlıqlar nəzərdə tuturlar, halbuki onların təməl hüquqlarını pozurlar. 

İslami insan Haqları toplantısında 3-cü İslami İnsan Haqları mükafatı Ayətullah Şeyx İsa Qasim və xanım Arzu Muralıya təqdim olunacaq. 

Bəhreynin Şiə Din Alimləri Məclisinin sədri Ayətullah Şeyx İsa Qasim müsəlmanların insan haqlarını dinc yollarla əldə etmək və dini demokratiya prinsiplərinin həyata keçirilməsi sahəsində təsirli rol oynamaq sahəsindəki səylərinə, London İslami İnsan Haqları Komissiyasının Araşdırmalar Mərkəzinin baş katibi xanım Arzu Muralı isə müsəlmanların hüquqlarını müdafiə və İslamofobiya ilə mübarizə sahəsindəki təsirli roluna görə İslami İnsan Haqlarının 3-cü mükafatına layiq görülüblər. 

 

Teqlər