Ər-Riyadın yanlış siyasətləri müsəlmanların emosiyalarını yaralayıb
Tehranın bu həftəki cümə namazı xətibi Səudiyyə Ərəbistanı hökumətinin Həcc mərasimi ilə əlaqədar yanlış siyasətlərinin dünya müsəlmanlarınn emosiyalarını yaraladığını və bu ölkə hakimlərinin zərərinə olduğunu bildirib.
Tehranın bu həftəki cümə namazı Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmaninin imaməti ilə qılınıb.
İranlı zəvvarların builki həcc mərasimində iştirakına mane olan Ali-Səud başçılarının funksiyasına münasibət bildirən imam cümə bildirib: Onlar elə bir halda islam və Quranın ardıcılı olduqlarını iddia edirlər ki, dünya müsəlmanlarının məqsədinin əksi istisna olmaqla, heç bir addım atmayıblar.
Tehranın bu həftəki cümə namazının xətibi Ali-Səud rejiminin islam əleyhinə davranışlarının müsəlman xalqlarda onlara qarşı nifrət və qəzəbdən başqa heç bir nəticəsi olmadığını bəyan edərək deyib: Bu siyasətlərin davam etməsi onların qorxu və təşvişlə Məscidül-Harama daxil olmalarına səbəb olacaq.
Tehranın müvəqqəti imam cüməsi deyib: Quranın açıq-aşkar bildirdiyinə əsasən, Allah Evinin yolunu möminlər və müsəlmanların üzünə bağlayanlar arzuolunmaz nəticə ilə üzləşəcəklər.
Ayətullah Müvəhhidi Kirmani həmçinin region böhranları, həmçinin Suriya və Yəmən olaylarına toxunaraq ümidvarlıq edib ki, bu ölkələrin xalqları ABŞ, sionist rejim və Səudiyyə Ərəbistanı ilə birlikdə heç bir cinayəti əsirgəməyən terrorçu təcavüzkarlar qarşısında qalib gələcək və stabillik və dinclik bu ölkələrdə bərqərar olacaqdır.