Zərif: Əfqansıtanın təhlükəsizlik və inkişafı İran üçün önəmlidir
https://azeri.sahartv.ir/news/İran-i228550-zərif_Əfqansıtanın_təhlükəsizlik_və_inkişafı_İran_üçün_önəmlidir
İran xarici işlər naziri deyib: Əfqanıstanın inkişafı və təhlükəsizliyi İran İslam Respublikasının təhlükəsizliyi və inkişafı hesab olunur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2016 04:58 Asia/Baku
  • Zərif: Əfqansıtanın təhlükəsizlik və inkişafı İran üçün önəmlidir
    Zərif: Əfqansıtanın təhlükəsizlik və inkişafı İran üçün önəmlidir

İran xarici işlər naziri deyib: Əfqanıstanın inkişafı və təhlükəsizliyi İran İslam Respublikasının təhlükəsizliyi və inkişafı hesab olunur.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Əfqanıstan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Məhəmməd Hənif Ətmərlə Tehranda görüşdə deyib: İran rəsmilərinin Əfqanıstanın təhlükəsizlik və inkişafının əhəmiyyəti barəsindəki açıqlamaları İran İslam Respublikasının prinsipial siyasətidir. 

Zərif əlavə edib: Əfqan uşaqların İran İslam Respublikasında təhsilinə dair İslam İnqilabının Böyük Rəhbərinin fərmanı İranın yüksək səviyyədə Əfqanıstanın inkişafı və irəliləyişinə inandığını göstərir. 

Əfqanıstan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Məhəmməd Hənif Ətmər də bu görüşdə ölkəsinin İranla əməkdaşlıqlarının əhəmiyyətini vurğulayıb.