İran "Rio-2016"da ikinci qızıl medalını aldı
92 kiloqram çəki dərəcəsi üzrə iranlı atlet Söhrab Muradi "Rio-2016" Olimpiya Oyunlarında qızıl medal qazanıb. Bununla da İranın "Rio-2016" Olimpiya Oyunlarına göndərdiyi idman karvanının qızıl medallarının sayı 2-yə çatıb.
Sörhab Muradi ümumilikdə 403 kq ağırlığı başı üzərinə qaldıraraq, qızıl medala yiyələnib.
Ağırlıq qaldırma üzrə dünya çempionu olan Belarusiyadan Vadim Stratsov isə ümumilikdə 395 kq ağırlığı başı üzərinə qaldıraraq, 2-ci olub. Litvalı atlet Aeurmas Dijbalis da 392 kq ilə bürünc müdala layiq görülüb.
Bir gün öncə iranlı atlet Kiyanuş Rüstəmi ümumilikdə 396 kq ağırlığı başı üzərinə qaldıraraq, Olimpiya rekordunu yeniləmiş və qızıl medalın sahibi olmuşdu.
105 kq çəki dərəcəsində isə iranlı atletlər Məhəmməd Rza Bərari və çümpionluq titulunu daşıyan Behdad Səlimi qarşıdan gələn günlər ərzində qızıl medal uğrunda mübarizə aparmaq üçün səhnəyə çıxacaqlar.
Muradinin İran idman karvanı üçün qazandığı 2-ci qızıl meal ilə, İran Olimpiya Oyunlarında 20-ci yerə yüksəlib.
31-ci Olimpiya Oyunları 206 ölkədən gəlmiş 10444 idmançının iştirakı ilə Brazlidiyada keçirilir.
İranın idman karvanı Olimpiya Oyunlarında 64 idmançı ilə 14 idman növü üzrə iştirak edir. Boks, stol üstü tennis, atıcılıq, ox atma, avar çəkmə, ağırlıq qaldırma, yüngül atletika, taekvando, cüdo, qılınc oynatma, voleybol, güləş, üzgücülük və velosiped sürmə idman növləri İranın təmsilçilərə malik olduğu idman sahələridir.