Cabir Ənsari: İran və Türkiyənin Suriya barədə məsləhətləşməsi artıb
-
Cabir Ənsari: İran və Türkiyənin Suriya barədə məsləhətləşməsi artıb
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini deyib: Tehran və Ankaranın Suriya böhranının həlli çərçivəsində məsləhətləşmələri davam edir.
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Hüseyn Cabiri Ənsari bazar ertəsi günü Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Mixail Boqdanovla Tehranda görüşdən sonra deyib: Suriya böhranında təsirli oyunçular arasında məsləhətləşmələrin davam etməsi böhrandan çıxış üçün zəruri addımlara şərait yarada bilər.
Cabiri Ənsari yaxın gələcəkdə Türkiyəyə səfərinə toxunaraq bu ölkənin Suriya böhranının həlllindəki rolu barəsində deyib: İran və Türkiyə arasında heyətlərin mübadilələri vasitəsi ilə region məsələləri barəsində danışıqlar davam edəcək.
İran xarici işlər nazirinin müavini deyib: İran Suriya böhranı dövründə həmişə Türkiyə hökuməti ilə böhranın həlli üçün sıx məsləhətləşmələr aparmışdır və İran xarici işlər nazirinin Ankaraya son səfəri də iki ölkə arasında ümumi razılaşmalar oldu.
Cabiri Ənsari Suriyanın ərazi bütövlüyü, vahid milli hakimiyyətin qorunması, milli dövlətin formalaşması, həmçinin Suriya xalqı tərəfindən müqəddəratın təyin olunması İran və Türkiyənin vurğuladığı prinsiplərdən adlandırıb və deyib: Bunların ümumi prinsiplər olmasına baxmayaraq, həmin prinsiplər üzərində razılıq Suriya böhranının həlli üçün növbəti addımların başlanğıcı ola bilər.