İranın qərbində terror dəstəsi məhv edilib
-
İranın qərbində terror dəstəsi məhv edilib
Təkfirçi İŞİD qruplaşmasına bağlı olan bir terrorçu dəstə İranın qərbində yerləşən Kirmanşah ostanında məhv edilib.
Kirmanşahın icra başçısı deyib: Təkfirçi bir qrup ölkənin mərkəzi bölgələrində və müxtəlif şəhərlərində günahsız əhalini qırğın etmək üçün əməliyyatlar həyata keçirmək məqsədi ilə İran sərhədlərinə daxil olmuşdu, ancaq bu gün İranın təhlükəsizlik və polis qüvvələrinin anti-terror əməliyyatları nəticəsində məhv edilib.
İRNA-nın verdiyi məlumata görə, Kirmanşahın icra başçısı sonra deyib: Bu qrupun əməliyyat mərkəzindən müxtəlif növlu avtomat silahlar, partlayıcı kəmər və gödəkçələr, qumbara və bel silahları aşkar edilib.
Razaninin dediyinə görə, Kiramnşan ostanının qərb şəhərlərindən birində polis və təhlükəsizlik qüvvələri ilə sözü gedən terror dəstəsinin başqa bir qolu arasında gedən dünənki toqquşmalarda isə terrorçu İŞİD qruplaşmasının əsas ünsürlərindən biri öldürülüb, bir neçəsi də həbs edilib.
Kirmanşan ostanı İranın qərbində yerləşir və İraq ilə həmsərhəddir.