Avq 17, 2016 09:48 Asia/Baku
  • İran regionda böhranların həlli ardıncadır
    İran regionda böhranların həlli ardıncadır

İran İslam Respublikasının Türkiyədəki səfiri deyib: İran Yaxın Şərqdə böhranları həll etmək üçün təsirli anlaşma ardıncadır.

Məhəmməd İbrahim Tahiryanfərd çərşənbə axşamı İSNA xəbər agentliyinə verdiyi müsahibədə deyib: İran regiondakı böhranların həlli üçün anlaşma və ortaq fikrin yaradılması ardıncadır. İran bu qənaətdədir ki, ilk mərhələdə region ölkələrinin daxilində və bir-biriləri arasında anlaşma yaradılmalıdır ki, problemlərin birgə şəkildə və əməkdaşlıq  yolu ilə həllinə zəmin yaranmış olsun. 

Tahiryanfərd daha sonra Türkiyəni regionun təsirli ölkələrindən adlandırıb və deyib: Ortaq fikrin və əməkdaşlıq ruhunun yaradılması son dərəcə mühüm və önəmlidir. 

Tahiryanfərd həmçinin ümidvarlıq edib ki, region ölkələri o cümlədən İran, Rusiya və Türkiyə birgə əməkdaşlıq yolu ilə Suriyada yaşanan insan faciəsinin qarşısını almaq üçün münasib şəraitin yaradılmasına kömək etsinlər. 

Onun dediyinə görə İran və Türkiyə Suriya böhranı ilə bağlı daim sıx məsləhətləşmələr aparıblar və İran xarici işlər nazirinin Ankaraya olan son səfəri zamanı bu mövzu bir daha diqqət mərkəzində saxlanıldı. 

Tahiryanfərd əlavə edib: Əldə olunmuş anlaşmalar əsasında İranın vitse-prezidenti, İran İslam Şurası Məclisinin sədri və İran xarici işlər nazirinin müavini ikitərəfli və regional əməkdaşlıqlarla bağlı danışıqları davam etdirmək üçün tezliklə Ankaraya səfər edəcəklər. 

O həmçinin deyib: Tehran və Ankara rəsmilərinin təkidləri əsasında İran və Türkiyə arasındakı illik ticarət dövriyyəsi 30 milyard dollara çatdırılacaq. 

İranın Türkiyədəki səfiri həmçinin, Türkiyədə fövqəladə vəziyyətin davam etməsinə rəğmən, İranın bu ölkəyə səyahət turlarının təşkil edilməsi ilə bağlı qadağanı ləğv etməsinə də işarə edib və deyib: Türkiyə rəsmiləri fövqəladə vəziyyətin bu ölkə vətəndaşlarına aid olduğunu bildirərək, iranlı turistlərin təhlükəsizliyi və rifahının təmin edilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər. 

Teqlər