Tehran, Moskva və Dəməşq terrorizm əleyhinə üçtərəfli əməkdaşlıq edirlər
-
Tehran, Moskva və Dəməşq terrorizm əleyhinə üçtərəfli əməkdaşlıq edirlər
İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü deyib: İran, Suriya və Rusiya terrorizm əleyhinə əməkdaşlıq edirlər.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Keyvan Xosrəvi İran və Rusiyanın Suriyada terrorizm əleyhinə mübarizədə əməkdaşlıq etməsi barədə deyib: İran, Rusiya və Suriya həmçinin, müqavimət cəbhəsi Suriyada terrorizm əleyhinə xeyli müddətdir ki, əməkdaşlıq edirlər.
Xosrəvi əlavə edib: Bu əməkdaşlıqların başlandığı zamandan bəri bu üç ölkə rəsmiləri arasında siyasi, təhlükəsizlik və hərbi rəsmilər səviyyəsində davamlı iclaslar, görüşlər və məsləhətləşmələr həyata keçirilib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü həmçinin deyib: İran, Suriya və Rusiyanın maraqlarını nəzərə alaraq, bu əməkdaşlıq hər üç ölkənin mənafeyinə xidmət edir.
Keyvan Xosrəvi əlavə edib: İran, Rusiya və Suriyanın hərbi, kəşfiyyat, təhlükəsizlik, komandanlıq, təlim və coğrafi baxımdan malik olduqları potensiallar birgə əməkdaşlıq üçün müştərək istifadəyə verilib və əməliyyat meydanında əldə edilən uğurlara münasib şəkildə qərarlar qəbul edilir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani də çərşənbə axşamı Rusiyanın İran səması və İranın imkanlarından istifadəsi ilə bağlı xəbərlərə reaksiya olaraq deyib: İran və Rusiyanın terrorizm ilə mübarizə üzrə əməkdaşlığı stratejidir.