İran və Rusiya hərbi əməkdaşlıqları gözlənilməz deyil
-
İran və Rusiya hərbi əməkdaşlıqları gözlənilməz deyil
İran İslam Respublikası Quruluşunun Məsləhəti Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri İran və Rusiya arasındakı hərbi əməkdaşlıqların gözlənilməz olmadığını deyib: Rusiya ilə strateji əlaqələrin olması terrorizm ilə mübarizə sahəsində əməkdaşlıqların edilməsini zəruri edir.
İRİB-nin verdiyi məlumata görə, Əli Əkbər Vilayəti çərşənbə günü Tehranda Avstriya kanslerinin müavini və bu ölkənin sabiq xarici işlər naziri Mişael Şpindel ilə görüşdə deyib: Ötən bir neçə həftə ərzində Türkiyədə cərəyan edən hadisələr Avropada, Qərbi Asiyada və Suriyada təsirlərə malik olacaq.
Vilayəti daha sonra deyib: Dünyanın hazırkı durumu keçmiş ilə müqayisədə daha artıq böhranlı olubdur.
İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti daha sonra deyib: İranın müxtəlif problemlərlə üzləşdiyi bütün dövrlərdə Avstriya İran ilə əlaqələrini qoruyub və iki ölkə bütün sahələr üzrə yaxın və dost əlaqələrə malikdir.