Zərif İran-Ekvador konstruktiv əlaqələrinə təkid edib
https://azeri.sahartv.ir/news/İran-i231187-zərif_İran_ekvador_konstruktiv_əlaqələrinə_təkid_edib
İranın xarici işlər naziri İran-Ekvador əlaqələrini daim səmərəli və müsbət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2016 06:14 Asia/Baku
  • anın xarici işlər naziri Məhəmməd Cavad Zərif
    anın xarici işlər naziri Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri İran-Ekvador əlaqələrini daim səmərəli və müsbət adlandırıb.

IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü Ekvadorun paytaxtı Kitoda keçirilən İran-Ekvador Müştərək İqtisadi Konfransında deyib: İran və Ekvador daim siyasi, iqtisadi və ticari sahələrdə müsbət və səmərəli əlaqələrə malik olublar və bu gün ik ölkənin maraqları çərçivəsində bu əlaqələri genişləndirmək üçün əzmkardırlar.

İranın xarici işlər naziri həmçinin bu konfransdan öncə müxbirlər qarşısında bildirib: İran İslam Respublikası müqavimət dövründə kömək göstərmiş dostlarını heç vaxt unutmayacaq və Latın Amerikasındakı dost ölkələrlə əlaqələrilə iftixar edir.

İran və Ekvadorun dövlət və özəl sektorlarından olan iqtisadi bölmələr üzrə onlarla fəalı Kuba və Nikaraquadan sonra son üç gündə Latın Amerikası ölkələrilə üçüncü konfransda iştirak edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 80 iqtisadi və ticari fəaldan ibarət bir heyətlə bazar günü Latın Amerikasına yola düşüb.