Avq 25, 2016 15:50 Asia/Baku
  • İran prezidenti İtaliyanın baş nazirinə başsağlığı verib
    İran prezidenti İtaliyanın baş nazirinə başsağlığı verib

İran İslam Respublikası prezidenti İtaliyanın baş nazirinə müraciətdə bu ölkə əhasinin bir qrupunun son zəlzələdə həyatını itirməsinə görə, başsağlığı verib.

Prezident Aparatının informasiya portalının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün İtaliyanın baş naziri Matteo Renziyə ünvanladığı başsağlığı müraciətində İranın dövləti və xalqının İtaliyada zəlzələdə həalk olanların ailələri xüsusiyyət təşkil etməklə bu ölkənin xalqı və dövlətinin kədəri ilə bölüşdüklərini bildirib.

İran İslam Respublikası prezidenti bu müraciətdə vurğulayıb: Bu çətin anda İranın dövləti və xalqı keçmişdə olduğu kimi, dost İtaliya xalqının kənarında duracaqdır.

Çərşənbə günü İtaliyanın mərkəzi məntəqələrində rixter cədvəli ilə 6,2 bal gücündə zəlzələnin baş verməsi nəticəsində 247 nəfər həlak olub.

İtaliya rəsmiləri xəbərdarlıq edirlər ki, naməlum sayda insan uçqunlar altında qalıb və bu hadisə qurbanlarının sayı arta bilər.

Teqlər