İran prezidenti yeni AES-lərin maliyyələşdirilməsi barədə göstəriş verdi
İran İslam Respublikası Atom Enerjisi Agentliyinin sözçüsü ölkə prezidentinin 2 yeni AES-in quraşdırılması üçün maliyyə vəsaitinin təmin edilməsi barədə göstəriş verməsindən xəbər verib.
İRNA-nın məlumatına görə, Behruz Kəmalvəndi bazar günü Tehranda bir mətbuat konfransında deyib: Maliyyə qaynağının müəyyən edilməsi ilə 2 yeni AES-in quraşdırılması əməliyyatına başlanmış olacaq və yaxın zamanlarda bu 2 AES-in təməl qoyma mərasiminin dəqiq tarixi təyin ediləcək.
B.Kəmalvəndi Ərak reaktorunun rekonstruksiyası barədə də deyib: 2 həftə öncə İrandan bir heyət Çinə səfər etdi və hazırda iki tərəf bu barədə müzakirə aparır.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Ərak ağır su reaktorunun rekonstruksiyası üzrə müqavilələrin ilkin sənədinin hazırlanmasından xəbər verərək, deyib: bu müqavilələr müxtəlif tələb və təklifləri əhatə edir və barələrində müzakirələrin aparılmasına ehtiyac var.
Behruz Kəmalvəndi Avropa ölkələrinin əməkdaşlıq forması barədə də deyib: Təchizatların təmin edilməsi sahəsində Çin ilə yanaşı digər mühüm ölkələr də olacaq. Və rəsmi sənədə əsasən bu ölkələr bu xüsusda üzərlərinə öhdəlik götürüblər və köməklik göstərəcəklər.
Kəmalvəndi İrandan ağır su almaq istəyən tərəflər barədə də deyib: İrandan ağır su almaq istəyən müştərilər əsasən Avropadandır. Hazırda, Rusiyaya 39 ton ağır suyun satılması işi yekunlaşdırılmaq üzrədir. Onun dəyəri isə avro ilə ödəniləcək. Amerikaya satılan ağır suyun pulu da avro ilə ödənilib.