Avq 29, 2016 18:00 Asia/Baku
  • Sonsuzluq ilə mübarizədə yeni uğur
    Sonsuzluq ilə mübarizədə yeni uğur

İranlı həkimlər "plaket" faktorundan istifadə edərək, İVF üsulu ilə ana bətnindən xaricdə süni mayalanmada ardıcıl uğursuzluğun önlənilməsinə nail olublar.

İranın Şəhid Beheşti Tibb Universitetinin müəllimi Leyla Nəzəri Ayətullah Taleqani Xəstəxanasında həkimlərin süni mayalanmada ardıcıl uğursuzluğun önlənilməsinə nail olduqlarını bildirib.

Leyla Nəzəri Şəhid Beheşti Tibb Universitetinin Ayətullah Taleqani Xəstəxanasında sonsuzluq və İVF sahəsi üzrə tədqiqat qrupunun süni mayalanmada ardıcıl uğursuzluğun önlənilməsinə nail olduqlarını bildirib.

L.Nəzəri deyib: Bəzi qadınlar mayalanma üçün İVF-ə ehtiyaclıdırlar. Amma, təəssüflər olsun ki, müxtəlif səbəblər üzündən bu məsələ uğursuzluq ilə nəticələnir. Bəzi xəstələrdə bu uğursuzluq bir neçə dəfə təkrarlanır. Bu da, həmin şəxsin hamiləlik təcrübəsindən məhrum qalmasına səbəb olub. İndiyə kimi dünyada bu kimi xəstələr üçün hansısa qəti müalicə metodu mövcud olmayıb. Amma, dünyada ilk dəfə olaraq İranın Ayətullah Taleqani Xəstəxanasının sonsuzluq və İVF bölməsinin tədqiqat qrupu PRP faktorundan istifadə edərək, bu uğursuzluğun təkrarlanmasını önləməyə nail olublar.

Teqlər