Avq 30, 2016 09:03 Asia/Baku
  • İran və Əfqanıstan xarici işlər nazirləri
    İran və Əfqanıstan xarici işlər nazirləri

İran İslam Respublikası xarici işlər naziri regionda radikal və təkfirçi qruplaşmalarla mübarizənin vacibliyini vurğulayıb.

İran Xarici İşlər Nazirliyi Media və Diplomatiya İdarəsinin məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü Tehranda Əfqanıstan xarici işlər naziri Səlahəddin Rəbbani ilə görüşüb. 

Görüşdə regionda nəhs radikallıq və terrorizmin genilənməsinə toxunan Zərif terorizmlə mübarizənin vacibliyini vurğulayıb: Tehranın yaxşı və pis terrorizmə inancı yoxdur və bütün radikal və təkfirçi qruplarla mübarizə aparmaq lazımdır. 

Məhəmməd Cavad Zərif əfqanıstanlı həmkarına "xoşgəldin" deyərək bildirib: Əfqanıstan İran İslam Respublikası üçün çox yüksək və xüsusi əhəmiyyətə malikdir və Əfqanıstan rəsmiləri ilə görüşlərdə dəfələrlə qeyd olundu kimi, Əfqanıstanın inkişafı, stabilliyi və təhlükəsizliyi İranın inkişafı, stabilliyi və təhlükəsizliyidir. 

Əfqanıstan xarici işlər naziri Səlahəddin Rəbbani də İran tərəfinin qonaqpərvərliyinə öz minnətdarlığını bildirərək Əfqanıstan rəsmilərinin İrana olan çoxlu səfərlərinə toxunub: Bu görüşlər İran İslam Respublikasının Əfqanıstan xalqı və dövlətinə verdiyi əhəmiyyətin göstəricisidir. 

Əfqanıstan xarici işlər naziri İranda əfqanıstanlı uşaqların təhsil almasına icazənin verilməsi barəsində İslam İnqilabının Böyük Rəhbərinə öz təşəkkürünü bildirib. 

Rəbbani həmçinin bu görüşdə İranın cənubunda Çabəhar limanının Əfqanıstanın inkişafı üçün əhəmiyyətini vurğulayıb və deyib: Bu liman Əfqanıstanın inkişafı və abadlığında əsaslı və önəmli rola malik olacaqdır. 

Teqlər