Əfqanıstan xarici işlər naziri Əli Şəmxani ilə görüşüb
İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi regionda terror qruplaşmaları ilə ciddi mübarizəni vurğulayıb.
İRNA-nın məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bazar ertəsi günü Tehranda Əfqanıstan xarici işlər naziri Səlahəddin Rəbbani ilə görüşdə deyib: Region və beynəlxalq səviyyədə aktiv strategiyalar tətbiq etməklə terror qruplaşmalarının yaranması və genişlənməsi, o cümlədən İŞİD ideologiyasının yayılması və onların maliyyə himayədarları ilə mübarizə aparmaq lazımdır.
Şəmxani regionda təhlükəsizlik problemləri və böhranları, xüsusil ədə terror və təkfir qruplaşmalarının təhlükəsini bəyan edərək deyib: İslam ölkələrinin önəmli və prioritet təşkil edən məsələlər, o cümlədən sionist rejim təhlükəsi, Amerikanın terrorizmlə mübarizə bəhanəsi ilə hərbi və müstəmləkəçilik iştirakı təkfirçi qruplaşmaların inkişaf etməsi sayəsində unudulacaq məsələlər deyildir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi bu görüşdə Əfqanıstan Ali Sülh Şurasının rəhbəri şəhid Bürhanəddin Rəbbaninin xatirəsini yad edərək onun Əfqanıstanın milli birliyi istiqamətindəki addımları və islami oyanış üzrə aktivliyini çox təyinedici adlandırıb və bildirib: Bu mücahid alimin məntiqli və möhkəm baxışları rəsmilər və Əfqanıstanın gənc nəsli üçün münasib örnək olacaqdır.
Əfqanıstan xarici işlər naziri də bu görüşdə Əfqanıstanın problemlərinin həlli üzrə İran tərəfinin atdığı addımları müsbət qiymətləndirərək və alqışlayaraq deyib: Radikallıq və terrorizmlə hərtərəfli mübarizə üçün dost ölkələrlə əməkdaşlıq və siyasi birliyin yaradılmasına səy göstərmək, eləcə də qonşu ölkələrlə əməkdaşlıqları gücləndirmək Əfqanıstanın prioritetidir.