Asiya ölkələrinin turizm nazirləri yekun bəyanatla sona çatıb
Asiya Əməkdaşlığı Dialoq Assambleyasının turizm nazirlərinin ilk iclası Asiyada turizmin inkişafı və qarşılıqlı əməkdaşlıqların gücləndirilməsi vurğulanmaqla öz işinə yekun vurub.
Asiya Əməkdaşlığı Dialoq Assambleyasına üzv ölkələrin turizm nazirləri və heyətləri çərşənbə axşamı günü Təbriz iclasının sonunda bir bəyanat verərək Asiyada turizmin inkişafı, qarşılıqlı əməkdaşlıqların gücləndirilməsi, insanlar arasında turizm sənayesinin daha yaxşı anlaşılmasının əhəmiyyəti, əsasən də bölgədə həyat keyfiyyətinin yüksəldilməsi, sülh, səadət və təhlükəsizliyin gücləndirilməsi, həmçinin assambleyaya üzv ölkələrin iqtisadi və ictimai inkişafını vurğulayıblar.
İştirakçılar həmçinin Asiya Əməkdaşlığı Dialoq Assambleyasına üzv ölkələrin turizm, xüsusilə də mədəni turizm, təbiət və dini turizm, səhiyyə turizmi sahələrindəki çoxlu potensialları, qlobal turizmdə regionun payının artırılması potensialı, Asiyada az tanınmış və ya yeni dirçələn turizm məqsədlərinin tanıtdırılmasını istəyiblər.
İRİB-in məlumatına görə, İranın təşkilatçılığı ilə Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbrizdə Asiya Əməkdaşlığı Dialoq Assambleyası turizm nazirlərinin ilk iclası keçirilib.
Asiya Əməkdaşlığı Dialoq Assambleyası turizm nazirlərinin ikinci və üçüncü iclasları müvafiq olaraq Kamboca və Banqladeşdə keçiriləcək.