Ruhani Özbəkistan prezidentinin ölümü münasibətilə başsağlığı verib
https://azeri.sahartv.ir/news/İran-i232715-ruhani_Özbəkistan_prezidentinin_ölümü_münasibətilə_başsağlığı_verib
İran prezidenti Özbəkistan prezidenti vəzifələrinin müvəqqəti icraçısına ünvanladığı müraciətdə ona bu ölkənin prezidenti İslam Karimovun ölümü münasibətilə başsağlığı verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2016 05:25 Asia/Baku
  • Ruhani Özbəkistan prezidentinin ölümü münasibətilə başsağlığı verib
    Ruhani Özbəkistan prezidentinin ölümü münasibətilə başsağlığı verib

İran prezidenti Özbəkistan prezidenti vəzifələrinin müvəqqəti icraçısına ünvanladığı müraciətdə ona bu ölkənin prezidenti İslam Karimovun ölümü münasibətilə başsağlığı verib.

Həsən Ruhani İslam Kərimovun ölümü münasibətilə Özbəkistan prezidenti vəzifələrinin müvəqqəti icraçısı Nemətullah Yoldaşova müraciətində İranın xalqı və dövlətinin Özbəkistanın xalqı və dövlətinin kədərinə şərik olduğunu bildirib.

İran prezidenti bu müraciətdə Özbəkistanın vəfat etmiş prezidentinə bağışlanma, bu ölkənin xalqı və dövlətinə isə uğur və səadət arzulayıbdır.

Özbəkistan dövlət televiziyası dünən axşam bildirdi ki, 78 yaşlı İslam Karimov insult nəticəsində beş gün huşsuzluqdan sonra vəfat edibdir.