Ayətullah Məkarim Şirazi: Vəhhabilik islam və bəşəriyyət üçün ən böyük təhlükədir
Qumda böyük təqlid mərcələrindən Ayətullah Nasir Məkarim Şirazi deyib: Hazırda vəhhabilik haram məsələlər qarşısında heç bir etinası olmayan cinayətkar və rəhmsiz şəxslərlə islam və bəşəriyyət üçün ən böyük təhlükədir.
İRNA-nın məlumatına görə, Ayətullah Məkarim Şirazi yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən tədbirdə əlavə edib: Hazırkı şəraitdə vəhhabi və təkfirçi qruplar islamın imicinə zərbə vurub və dünyada təxribatçı və cinayətkar əməllərə əl atırlar. Onları müsəlmanlar və dünyaya tanıtdırmalıyıq və bildirməliyik ki, onlar müsəlman deyillər.
Vəhhabiliyi tanıtdırmaqla gənclərin vəhhabilik və İŞİD-in tələsinə düşməməsi üçün səyin göstərilməsini bəyan edən Ayətullah Məkarim Şirazi bildirib: Şiə alimlərinin məlumatlandırması ilə, hazırda sünnilər də vəhhabiliyin tanıtdırılmasında fəaliyyətə başlayıblar və Çeçenistanda keçirilən konfransda bildirildi ki, vəhhabilik müsəlmançılıqdan deyildir. Ərəbistan və vəhhabi alimləri bu bəyanatdan qorxuya düşüblər.
Bu təqlid mərcəyi "dini və təlim kitablarına müraciət etməklə və vəhhabiliyin əsas kitablarına diqqət yetirməklə onların bu məzhəbin müsəlmanlardan olmadığını bəyan etməyə çalışırıq" deyərək xatırladıb: Dünyaya islam dininin sərtlik dini olmadığını çatdırmaq istəyirik və Papa da son vaxtlar bildirib ki, İŞİD-in islam və müsəlmanlara aidiyyəti yoxdur. Ona da öz təşəkkürümüzü bildirdik.
Ayətullah Məkarim Şirazi davamında əlavə edib: Ümidvarıq, vəhhabilik tezliklə məhv olacaq və vəhhabiliyin məhv olması ilə bütün məsələlər, o cümlədən həcc mərasimi problemi aradan qalxacaq və islam dünyası onların şərrindən xilas olacaq.