Maliki İranı alqışlayıb
https://azeri.sahartv.ir/news/İran-i233018-maliki_İranı_alqışlayıb
İraq Qanun Hökuməti koalisiyasının rəhbəri İran İslam Respublikasının Bağdaddakı səfiri ilə görüşdə terrorizmlə mübarizə istiqamətində İraqa olan dəstəklərinə görə İrana öz təşəkkürünü bildirib və alqışlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2016 04:50 Asia/Baku
  • Nuri Maliki
    Nuri Maliki

İraq Qanun Hökuməti koalisiyasının rəhbəri İran İslam Respublikasının Bağdaddakı səfiri ilə görüşdə terrorizmlə mübarizə istiqamətində İraqa olan dəstəklərinə görə İrana öz təşəkkürünü bildirib və alqışlayıb.

Mehr İnformasiya Agentliyinin Süməriyyə telekanalına istinadla verdiyi məlumata görə, Qanun Hökuməti koalisiyasının rəhbəri və sabiq baş nazir Nuri Maliki İranın Bağdaddakı səfiri Həsən Danayifərlə görüşdə İŞİD-in Mosuldakı iştirakına son qoymaq üzrə ölkəsinin iradəsini vurğulayaraq deyib: Təhlükəsizlik, könüllü və pişmərgə qüvvələri İŞİD-in Mosuldakı iştirakına son qoymaq və onların işini bitirmək istiqamətində qətiyyətlidirlər. 

O həmçinin terrorizmlə mübarizədə İraqa göstərdiyi dəstəklərə görə İran İslam Respublikasına öz təşəkkürünü bildirib. 

Digər tərəfdən İranın Bağdaddakı səfiri Həsən Danayifər də Xalidiyyə şəhərinin azad olunması münasibəti ilə İraq xalqını təbrik edərək bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində və İŞİD terror qruplaşması ilə mübarizədə İraqla əməkdaşlıq və dostluq əlaqələrinin gücləndirilməsinə İranın maraq göstərdiyini qeyd edib.