Zərif: İran və Səudiyyə islamı arasında heç bir oxşarlıq yoxdur
https://azeri.sahartv.ir/news/İran-i233477-zərif_İran_və_səudiyyə_islamı_arasında_heç_bir_oxşarlıq_yoxdur
İran İslam Respublikasının xarici işlər naziri Ərəbistanın baş müftisinin təhqiramiz sözlərinə reaksiya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2016 05:38 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran İslam Respublikasının xarici işlər naziri Ərəbistanın baş müftisinin təhqiramiz sözlərinə reaksiya verib.

İRİB-nin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif çərşənbə axşamı öz tvitter səhifəsində Ərəbistanın baş müftisi Əbdüləziz Al-Şeyxin təhqiramiz sözlərinə reaksiya verib. 

Zərif deyib: İranlılar və müsəlmanların çoxunun  vəhhabi müftinin və terrorizmin səudiyyəli banilərinin təbliğ etdiyi irqçi ifratçılıq ilə heç bir oxşarlığı  yoxdur. 

Ərəbistanın baş müftisi Əbdüləziz Al-Şeyx çərşənbə axşamı iranlıların müsəlman olmadığını iddia edib. 

İŞİD terrorizmi başda olmaqla ifratçı və terrorçu əqidə və təfəkkürün əsas qaynağı olan vəhhabilik və Ərəbistan müftiləri öz çirkin fitvaları ilə İslamın simasını ləkələyir və Suriya, İraq, Yəmən və digər ölkələrdə minlərlə müsəlmanın qırğın edilməsinə səbəb olur.