Buşehr AES-də iki yeni stansiyanın inşasına başlandı
İranın Atom Enerjisi Təşkilatının sədri İran İslam Respublikası və Rusiya Federasiyası rəsmilərinin iştirakı ilə iki elektrik stansiyası bölməsinin inşasına başlanıldığını bildirib.
Bu iki yeni stansiyanın inşası Buşehr Atom Elektrik Stansiyasının İranın elektrik şəbəkəsinə qoşulmasının 5-ci illiyində baş tutur.
İRİB-in məlumatına görə, bu iki yeni atom stansiyasının təməlqoyma mərasimində İranın vitse-prezidenti İshaq Cahangiri, prezidentin müavini və Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və Rusiya rəsmiləri iştirak edirlər.
Əli Əkbər Salehinin sözlərinə görə, bu iki stansiyanın avadanlıqlarının 30% ölkə daxilində istehsal olunacaq və ruslar mümkün olduğu qədər İran şirkətlərinin potensialından istifadə edəcəklər.
İranın Atom Enerjisi Təşkilatı bu iki stansiyanın inşa müddətini 10 il adlandırıb.
Bu gün həmçinin Buşehr AES-nin ilk stansiyası İrana təhvil veriləcək.
Buşehr AES-nin ilk stansiyası 2011-ci il sentyabr ayında İranın elektrik şəbəkəsinə qoşulub və bir il sonra 100%-lik istehsala çatıb.
Bu stansiya 100 meqavat elektrik istehsal etmək imkanına malikdir.