İran Rio De Janeyroda Paraolimpiya yarışlarında ilk qızıl medalını əldə etdi
https://azeri.sahartv.ir/news/İran-i234122-İran_rio_de_janeyroda_paraolimpiya_yarışlarında_ilk_qızıl_medalını_əldə_etdi
İranlı atlet Sare Cəvanmərdi Rio-2016 Paraolimpiya Oyunlarının ikinci günündə pnevmatik tüfənglə atıcılıq yarışlarında qələbə çalaraq, qızıl medala yiyələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2016 13:46 Asia/Baku
  • Sare Cəvanmərdi
    Sare Cəvanmərdi

İranlı atlet Sare Cəvanmərdi Rio-2016 Paraolimpiya Oyunlarının ikinci günündə pnevmatik tüfənglə atıcılıq yarışlarında qələbə çalaraq, qızıl medala yiyələnib.

Bu, İranın Rio-2016 Paraolimpiya Oyunlarında ilk qızıl medalıdır.

Ötən gün də Saman Pakbaz ağırlıq atma yarışlarında gümüş medal alaraq, İranın idman karvanına ilk medalı qazandırmış olmuşdu.

İranlı atıcılar Sare Cəvanmərdi və Aliyə Mahmudi pnevmatik tüfənglə atıcılıq yarışlarında Türkiyə, Azərbaycan, Ukrayna, Makedoniya və Macarıstandan olan idmançılar ilə rəqabət aparıblar.

İran hazırda bir qızıl və bir gümüş medal ilə ümumi sıralamada 14-cü pillədədir.