İranda yeni dərs ili başlanıb
Sen 24, 2016 08:27 Asia/Baku
-
İranda yeni dərs ili başlanıb
Bu gün, şənbə, 1395-ci günəş ili mehr ayının üçü, 2016-cı il sentyabrın 24-də bütün İranda məktəblər açılıb və yeni dərs ili başlanıb.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu münasibətlə Tehran məktəblərindən birində olaraq, yeni dərs ilinin başlanması zəngini çalıbdır.
İranın təhsil naziri Əli Əsğər Fani də İran İslam Respublikası prezidentinin çıxışından öncə deyib ki, yeni dərs ilində 13 milyon 500 min məktəbli 970 müəllimlə təhsil ilə məşğul olacaq.
Həmçinin İranda məktəblərin açılması və yeni dərs ilinin başlanması ilə bir zamanda ölkə boyu min təhsil, idman və təlim layihəsi istifadəyə verilib.
Teqlər