Nüvə anlaşması fürsəti İran prezidentinin dilində
-
Nüvə anlaşması fürsəti İran prezidentinin dilində
İran prezidenti Qəzvinə səfərində bəzi neft ixrac edən ölkələrin rəhbərləri ilə görüşündə İranın ötən bir ildə həm iqtisadi inkişafa nail olduğunu, həm də inflyasiyanı azaltdığını və ehtiyatlarına milyardlarla dollar əlavə etdiyini deyib.
İran İslam Respublikası prezidenti İran hökumətinin 31-ci səfəri çərçivəsində Qəzvin vilayətinə səfər edib.
İran prezidenti Həsən Ruhani Qəzvin əhalisi qarşısında etdiyi çıxışında deyib: Bu il BMT-də söz var idisə, əgər hücum var idisə, nüvə anlaşması fürsətindən yaxşı şəkildə istifadə olunmasını istəməyənlərə hücum idi. Əgər bu il BMT-də sərt söz var idisə, sərt söz Yəmən kimi regonun məzlum xalqlarına təcavüz və onların ərazilərinin bombardman edənlər qarşısında idi. Siz böyük və qeyrətli xalq, siz izzətlilər, siz gənclər, bu üç il ərzində şücaətiniz və fədakarlığınız və müqavimətinizlə İranın simasını bütün dünyanın gözü qarşısında dəyişdiniz və izzət bəxş etdiniz.
Həsən Ruhani əlavə edib: İran və regionun şəraitindən necə istifadə etməliyik? Söz budur ki, İran, müdafiə səddi olaraq region və dünyada terrorizm qarşısında dayanmışdır. Artıq İranı terrorizmi dəstəkləməkdə ittiham etməklə bağlı günlər keçib getdi. Artıq İranı atom bombası düzəltməkdə ittiham etməklə bağlı günlər keçib getdi. Bu gün İran xalqının əzəməti, İran xalqının mövqeyi, bütün dünya üçün aydınlaşmışdır. Söz budur ki, İranda hansı şəkildə investisiya yatırılsın. Söz budur ki, İran iş adamları ilə hansı şəkildə əməkdaşlıq olunsun. Söz budur ki, İran hansı şəkildə region və dünyanın stabilliyi üçün öz rolunu daha yaxşı icra etsin. Bu gün, İran xalqının bu diyarın və bu millətin həqiqi simasını dünyaya əks etdirməyi bacardığı gündür.
İran prezidenti neft ixrac edən ölkələrin neftin qiymətinin ucuzlaşması nəticəsində hansı problemlərlə üzləşdiyinə toxunaraq əlavə edib: Siz bilirsinizmi ki, son günlərdə Səudiyyə Ərəbistanı iqtisadi şəraitə və neftin qiymətinin ucuzlaşmasına görə, dövlətin bütün işçilərinin maaşını azaltmışdır? Siz bilirsiniz ki, 10 milyard barel neft istehsal və ixrac edən Ərəbistan ötən ildə 100 milyard dollar büdcə kəsiri ilə üzləşdi və ölkənin idarəsi üçün öz ehtiyatlarından istifadə etdi.
Həsən prezidenti çıxşının davamında maraqlı məqama toxunub: "Mən bəzi neft ixrac edən ölkələrin rəhbərlərinə bizim ötən bir ildə həm iqtisadi inkişafa nail olduğumuzu, həm də inflyasiyanın azalmaqda olduğunu dediyimdə, heyrətə gəldilər. Məndən öz ehtiyatlarınızdan neçə yüz milyard istifadə etdiyimizi soruşurdular. Mən onlara biz ehtiyatlarımıza milyardlarla dolları əlavə etdiyimizi dedim".