Ruhani: Asiya əməkdaşlıqlarının inkişafı İran üçün önəmlidir
https://azeri.sahartv.ir/news/İran-i238124-ruhani_asiya_əməkdaşlıqlarının_inkişafı_İran_üçün_önəmlidir
İran prezidenti İran İslam Respublikasının xarici siyasətində Asiya qitəsinin önəmini vurğulayıb və deyib: Asiya qitəsi İran üçün əhəmiyyətlidir və hazırkı əsr Asiya ölkələrinə aiddir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2016 07:43 Asia/Baku
  • İran prezidenti Həsən Ruhani
    İran prezidenti Həsən Ruhani

İran prezidenti İran İslam Respublikasının xarici siyasətində Asiya qitəsinin önəmini vurğulayıb və deyib: Asiya qitəsi İran üçün əhəmiyyətlidir və hazırkı əsr Asiya ölkələrinə aiddir.

İRNA-nın məlumatına görə, İran prezidenti Həsən Ruhani çərşənbə günü Vyetnam və Şərqi Asiyaya səfərinin məqsədlərini açıqlayarkən deyib: Qonşu və Asiya ölkələri mədəni, elmi, texnologiya və iqtisadiyyat baxımından İran İslam Respublikası üçün əhəmiyyət kəsb edir.

Həsən Ruhani xatırladıb: Şərqi Asiyada Vyetnam iqtisadi sahələrdə müsbət dəyişikliklər yaradıb və İranla yaxşı əlaqələri vardır. Tehran bütün sahələrdə, xüsusilə də texniki və mühəndislik sahələrində Vyetnamla əlaqələrini genişləndirmək ardıncadır. 

Ruhani həmçinin Malayziyanı İranla müsbət əlaqələri olan islam ölkəsi adlandırıb və deyib: Malayziyaya səfərdə bu ölkə rəsmiləri ilə iki ölkənin mədəniyyət, iqtsadiyyat, elm, texnologiya sahələri və islam dünyası və region məsələləri barəsində danışıqlar aparılacaq. 

İran prezidenti Tailandda Asiya Əməkdaşlıq Dialoqu Assambleyasının zirvə toplantısında iştirak barədə deyib: Bu assambleyanın məqsədi Asiya ölkələrinin inteqrasiyası və əməkdaşlıqlarının genişləndirilməsidir və hazırda Asiya dünyanın iqtisadi qüdrətləri üçün önəmli şərikdir. 

Həsən Ruhani əlavə edib: Su, enerji, ərzaq təhlükəsizliyi, rabitə, turizm, insan resursunun inkişafı və davamlı inkişaf Asiya Əməkdaşlıq Dialoqu Assambleyasının toplantısının keçirilməsinin digər məqsədlərindəndir. 

İran prezidenti bu gün səhər 3 Şərqi Asiya ölkəsinə dövri səfərinin ilk mərhələsində Tehranı Vyetnam paytaxtı Hanoy istiqamətində tərk edib.