İran və Vyetnam arasında ticarət mübadilələri 5 qat artır
İran İslam Respublikası və Vyetnam prezidentləri iki ölkə arasında ticarət mübadilələrinini 5 dəfə artması və illik 2 milyard dollara çatdırılması barədə razılığa gəliblər.
İran prezidenti Həsən Ruhani bu gün səhər çağı Vyetnamın paytaxtı Hanoyda iki ölkə arasında iki memorandumun imzalanması mərasimindən sonra vyetnamlı həmkarı ilə müştərək mətbuat konfransında etdiyi çıxışında deyib: İran xalqı vyetnamları əcnəbilərin təcavüzləri qarşısında sarsılmaz müqavimət nümunəsi, istiqlalçı, çalışqan, tərəqqipərvər və sülhsevər xalq kimi tanıyır.
Ruhani iki ölkə arasındakı əlaqələrin uzun keçmişə malik olmasının əlaqələrin inkişafı üçün əlverişli baza yaratdığını xatırladaraq deyib: Yüksək səviyyəli heyətlərin müştərək iclasında və xüsusi görüşlərdə yaxşı razılaşmalar əldə olundu.
İranın prezident aparatının mətbuat xidmətinin verdiyi məlumata görə, Ruhani deyib: Tərəflər iqtisadi və ticarət əlaqələri eləcədə qarşılıqlı investisiyalar üçün bir çox potensialların movcud olduğuna və iki ölkə iqtisadiyyatının biri birini təkmilləşdirməsinə inanır.
Ruhani İran və Vyetnamın enerji sahəsindəki əməkdaşlıqlarına toxunaraq deyib: İrandan Vyetnama neft, qaz, enerji və neft-kimiya məhsullarının ixracatı üçün əlverişli fürsət yaranıb və rəsmi Tehran Vyetnam şirkətlərinin İranda fəaliyyətinə , neft və qaz sektorlarında investisiya qoymalarına şərait yaratmağa hazırdır.
Ruhani İran və Vyetnamın bəzi beynəlxalq məsələlərə eyni münasibət bəslədiklərini xatırladaraq deyib: İran və Vyetnam Asiyanın şərqində və orta şərqdə sülh və stabilliyin möhkəmləndirilməsində maraqlıdırlar. Müharibə, zorakılıq və terrorizmə qarşı çıxaraq, dialoqu ixtilafların həllinin ən yaxşı yolu hesab edir və beynəlxalq qurumlarda biri-birinin mövqeylərini dəstəkləyirlər.
Vyetnam prezidenti Tran Dai Quang da Vietnam xalqı və dövlətinin adından Ruhani və onu müşayiət edən heyəti salamlayaraq deyib: Yüksək səviyyəli heyətlərin iclasında iki ölkə arasında əməkdaşlıqların inkişafı və möhkəmləndirilməsinin rallaşması yolları müzakirə edildi.
Tran Dai Quang İran və Vyetnam arasında bir çox siyasi, iqtisadi və mədəni sahələrdə razılaşmalara toxunaraq deyib: Vyetnam İran İslam Respublikası prezidentinin dünyanın zorakılıq və ifratçılıqdan təmizlənməsi ideasını dəstəkləyir.