Ruhani: Asiyanın güclənməsi özünəinam və inteqrasiyadadır
İran İslam Respublikası prezidenti Asiyanın güclənməsini inteqrasiya üçün müştərək iradə və özünəinamın sayəsində mümkün olduğunu bildirib.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi günü 34 Asiya ölkəsi dövlət başçısı və yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bankokda keçirilən Asiya Əməkdaşlıq Dialoqu 2-ci zirvə toplantısında deyib: Asiya ölkələri bazarlar açmaqla, iqtisadi anlaşmaları genişləndirməklə, daxili strukturları islah etməklə, şəffaflaşdırma ilə və siyasət sahələrində böyük koordinasiyaların edilməsi ilə öz xalqının həyat keyfiyyətinin yüksəldilməsi və dünya proseslərində Asiyanın mövqeyinin artırılması istiqamətində böyük addımlar ata bilərlər.
Ruhani deyib: Hazırda hamı etiraf edir ki, heç bir beynəlxalq məsələ Asiya qüdrətlərinin sıx əməkdaşlığı və iştirakı olmadan həll ediləsi deyil. Yer kürəsinin əsas problemləri, o cümlədən iqlim dəyişikliyi, ətraf mühit problemi, didərginlər, miqrantlar, savadsızlıq və yoxsulluq kimi ictimai problemlərin həllində və kollektiv təhlükəsizliyin reallaşmasında əsas oyunçular Asiya ölkələridir.
İran prezidenti həmçinin Asiya investorlarını İrana dəvət edərək deyib: Tehran Asiya-Avropa nəqliyyat şəbəkəsində aktiv iştirak ardıncadır.
İran prezidenti regionun önəmli məsələlərinə də diqqət çəkib: Qüdrətlərin qeyri-qanuni müdaxiləsi zorakılıqlar və sərtliklərin davam etməsinə şərait yaradıb.
Ruhani bildirib: İran İslam Respublikası Asiyanın təhlükəsizlik və stabilliyinin əhəmiyyətini tam dərk edərək bu qənaətdədir ki, ən böhranlı məsələ radikallıq və sərtlikdir. Belə ki, bütün Asiya qitəsini, Tokiodan Dehliyə, Bağdad və Dəməşqdən İstanbula qədər öz caynağına alıb.
İran İslam Respublikası prezidenti əlavə edib: İran regionda radikallıq və terrorizmin nüfuzu və genişlənməsi qarşısında möhkəm sədd olaraq dayanmışdır və bu məsələdə israrlıdır ki, qüdrətlərin qeyri-qanuni müdaxiləsi zorakılıq və sərtliklərin davam etməsinə şərait yaradıb.