Okt 12, 2016 11:13 Asia/Baku
  • İran Aşura matəmində
    İran Aşura matəmində

İmam Hüseyn (ə) Aşurası ilə yanaşı milyonlarla iranlı ölkənin hər bir yerində sinəvurma və zəncirvurma dəstələri yaratmaqla yanaşı şəhidlər sərvəri Həzrət Əba Əbdillahil-Hüseyn (ə) və vəfalı köməkçilərinin matəmində göz yaşı axıdır.

İranın hər bir yerinə İmam Hüseynin (ə) əzadarlıq mərasimi İran televiziyaları ilə birbaşa olaraq yayımlanmaqdadır. Səhər televiziyasının tamaşaçıları da bu mərasimləri canlı şəkildə müşahidə edə bilərlər. 

İran bu gün İmam Hüseyn (ə) Aşurasında matəm və əzaya qərq olub. Milyonlarla əzadar qara geyinərək göz yaşı axıdırı və sinə vurur. 

İslami İranda builki Hüseyn (ə) Tasuası mərasimi Hərəm Müdafiəçiləri şəhidlərinin adı və xatirəsi qeyd olunmaqla özünəməxsusluğu ilə seçilib və Əhli-Beyt məddahları Həzrət Əba Əbdillahil-Hüseynin (ə) və vəfalı köməkçilərinin müsibətlərini bəyan etməkdən əlavə, Hərəm Müdafiəçiləri şəhidlərinin günahsızlığı və məzlumluğunu qeyd edərək Əhli-Beytin (ə) müqəddəslərinin qorunmasında onların fədakarlığını alqışlayıblar. 

Tehranda Hüseyn (ə) əzadarlıq heyətləri bu gün Həzrət Əba Əbdillahil-Hüseynin (ə) aşiqləri və vurğunlarının əzəmətli toplantısının şahididir. 

İmam Hüseyn (ə) aşiqləri və əzadarları həmçinin Aşura günü əzadar toplantılarında iştirak edərək və günorta namazını qılaraq bu ilahi vacib əməlin əhəmiyyətini vurğulayırlar. 

Teqlər