6-cı Vilayət Fədayiləri manevri
İran İslam Respublikası ordusu Hava Qüvvələrinin 6-cı Vilayət Fədayiləri manevrinin birinci mərhələsi “Ya Hüseyn!” şüarı ilə bu gün İsfahanda start götürüb.
6-cı Vilayət Fədayiləri manevrinin birinci mərhələsinə “Ya Hüseyn!” şüarı start verildi.
Manevrin 1-ci mərhələsində ilk olaraq əməliyyat məntəqəsi qırıcılara quraşdırılmış kameralar vasitəsi ilə dəqiq şəkildə öyrənildi. Bu manevrdə 60-dan çox Su-24, F-4, F-5, MİQ-29, F-14, Saiqə və yanacaq təyyarələri iştirak edir.
Manevrin sözçüsü və İsfahanın Şəhid Babayi adına hərbi hava bazasının komandanı general-mayor Ruzxoş bu barədə deyir: “ Manevrin keçirildiyi 3 gün ərzində Hava Qüvvələri ordunun ən üstün hücum əli olaraq müasir taktikalardan və özünə məxsus texnikalardan istifadə edərək, üst komandanlıq tərəfindən mövcud və ehtimal olunan təhdidlərin analiz edilməsi yolu ilə təyin edilmiş hədəflərə çatmalıdır. Və manevrin öz məqsədlərinə nə dərəcədə nail olması isə yenə də üst komandanlıq tərəfindən analiz edilərək, qiymətləndiriləcək.”