Afrika ölkələri ilə əlaqələr İranın xarici siyasətinin prioritetidir
-
Afrika ölkələri ilə əlaqələr İranın xarici siyasətinin prioritetidir
İran İslam Respublikası prezidenti Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsinin İranın xarici syasətinin prioritetini təşkil etdiyini bildirib.
İİR prezident aparatının internet portalının verdiyi məlumata görə , İran prezidenti Həsən Ruhani bu gün Tehranda Fildişi ölkəsinin xarici işlər naziri Abdullah Maberi ilə görüşündə son illərdə iki ölkə arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsindən razılığını ifadə edərək deyib: Tehran Fildişi ölkəsi ilə əməkdaşlıqların bütün iqtisadi sahələrdə genişləndirilməsinə hazırdır.
Ruhani deyib: İran və Fildişi müştərək əməkdaşlıqlar üçün geniş potensiallara malikdir və bunlar müəyyənləşməli onlardan istifadə yolları öyrənilməlidir.
Ruhani terrorizm mövzusuna da toxunaraq bütün ölkələrin bu sahədə əməkdaşlıq etmələrini vurğulayıb: Terrorizm dünyanın ən əsas problemidir, terrorçuların isə islamla heç bir əlaqəsi yoxdur ona görə ki, islam məhəbbət , sülh və dinc yanaşı yaşamaq dinidir və insanların qırğın edilməsi, qorxudulması, təhlükəsizliyinin pozulmasının əleyhinədir.
İran prezidenti terrorizmin mədəni və iqtisadi köklərinin qurudulmasının vacibliyini vurğulayaraq super güclərin terrorizmin yayılması və ölkələrin daxili işlərinə müdaxiləsini şərh edərək deyib: İran 17 min şəhid verərək terrorizm ilə mübarizədə ağır xərclər ödəyib və terrorizm ilə mübarizə üçün hər hansı ölkə istəyərsə yardımdan əsirgəməyəcək.