ABŞ ilə əlaqədar 5 təhlükəsizlik müttəhimi barədə məhkəmə qərarı çıxarıldı
https://azeri.sahartv.ir/news/İran-i240563-abŞ_ilə_əlaqədar_5_təhlükəsizlik_müttəhimi_barədə_məhkəmə_qərarı_çıxarıldı
İran İslam Respublikasının məhkəmə orqanı İran İslam Respublikası quruluşunu devirmək və İrandan məxfi informasiyaları düşmən ABŞ dövlətinə ötürmək kimi fəaliyyətlərdə ittiham edilən 5 müttəhim barədə qərar çıxardıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2016 07:00 Asia/Baku
  • ABŞ ilə əlaqədar 5 təhlükəsizlik müttəhimi barədə məhkəmə qərarı çıxarıldı
    ABŞ ilə əlaqədar 5 təhlükəsizlik müttəhimi barədə məhkəmə qərarı çıxarıldı

İran İslam Respublikasının məhkəmə orqanı İran İslam Respublikası quruluşunu devirmək və İrandan məxfi informasiyaları düşmən ABŞ dövlətinə ötürmək kimi fəaliyyətlərdə ittiham edilən 5 müttəhim barədə qərar çıxardıb.

İRİB-nin verdiyi məlumata görə, İranın məhkəmə orqanı çərşənbə axşamı bildirib ki, Məhəmməd Baqer Nəmazi və övladı Siyamək Nəmazi iki ölkə vətəndaşlığına malik olan casuslar olaraq, İran əleyhinə iqtisadi sanksiyaların tətbiq edilməsində təsirli amillər olaraq 10 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Həmçinin, Amerikada yaşamaq üçün "Yaşıl Kart"ı olan Livan vətəndaşı Nəzzar Zaka casusluqda ittiham edilən digər iki müttəhim Fərhad Əbdüssaleh və Əlirza Omidvar ilə birlikdə 10 il həbsə məhkum edilib.