Okt 19, 2016 10:44 Asia/Baku
  • Lüksemburq İranda sərmayə qoyuluşunda maraqlıdır
    Lüksemburq İranda sərmayə qoyuluşunda maraqlıdır

Lüksemburqun baş nazir müavini ölkəsindəki investisiya fondlarının İranda fəaliyyət göstərməyə hazır olduqlarını bildirib.

İRNA-nın məlumatına görə, Lüksemburqun baş nazir müavini və iqtisadiyyat naziri Eten Şneyder çərşənbə axşamı İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi ilə görüşdükdən sonra müxbirlər qarşısında deyib: Lüksemburqun investisiya fondları İranda sərmayə qoyuluşuna böyük maraq göstərirlər. 

Şneyder Lüksemburqun tədqiqat, tələbə mübadiləsi, ikitərəfli və regional sərmayə qoyuluşları və investisiya fondları tərəfindən sərmayə qoyuluşları sahələri üzrə İran ilə əməkdaşlıqları artırmaq niyyətində olduğunu və İranda sərmayə qoyuluşunu himayə üzrə Avropa Birliyində səylər göstərdiyini deyərək, əlavə edib: Bu anlaşma sənədinin gələn həftə imzalanacağı gözlənilir. 

Lüksemburqun baş nazir müavini daha sonra ölkəsinin İran ilə əlavə dəyər vergisinin alınmaması üzrə də müqavilə imzalamaq niyyətində olduğunu bildirib. 

Şneyder həmçinin, İran İslam Respublikası Mərkəzi Bankının rəisi ilə görüşdə də deyib: Xoşbəxtlikdən sanksiyaların ləğv edilməsi ilə əməkdaşlıq üçün daha  yaxşı atmosfer  yaranıb və artıq iki ölkə arasında ticarət əlaqələri yolunda heç bir maneə qalmayıb. 

Teqlər