Okt 19, 2016 20:58 Asia/Baku
  • Ayətullah Məkarim Şirazi
    Ayətullah Məkarim Şirazi

Təqlid mərcələrindən olan Ayətullah Nasir Məkarim şirazi deyib: Təkfirçi qrupların müsəlmanlar arasında heç bir mövqeyi yoxdur və onlar məhv olmaqdadır.

İRNA-nın verdiyi məlumata görə, Ayətullah Məkarim Şirazi bu gün Qom şəhərinin böyük məscidində keçirdiyi xarici-fiqh dərsində islamın rəhmət və mehribanlıq dini olduğunu vurğulayaraq deyib: Vəhhabi və təkfirçi qruplar o cümlədən İŞİD öz hərəkətləri ilə islamın həqiqi simasını ləkələmək istəyirlər. 

Ayətullah Məkarim Şirazi deyib: Qərblilər illər boyu öz həqiqi simalarını xalqa hörmət, ətraf mühiti mühafizə, demokratiya və aldadıcı şüarlar pərdəsi arxasında gizli saxlayıblar amma bu gün bütün dünya onların müxtəlif regionlarda törətdiyi cinayətlərinin şahididir. 

Bu təqlid mərcəyi deyib: Amerika İŞİD ilə mübarizə üçün koalisiya yaratdığını iddia edirdi amma bu gün İŞİD İraqda məhv olmaqda olarkən Amerika terrorçulara qaçmaları üçün yol yaratmaq istəyir ona görə ki İŞİD terrorçuları Suriyaya qaçsınlar və orada onlar mühafizə edilsinlər. 

Ayətullah Məkarim Şirazi ABŞ seçkilərinə toxunaraq deyib: Amerikada prezident seçkilərinin iki namzədinin hər biri debatlarda müqabil tərəfi əxlaqsızlıqda və maliyyə cinayətlərində ittiham edir hal bu ki, elə həmin iki nəfərdən biri dünyanın ağası olduğunu iddia edən ölkənin prezidenti olacaq. 

Teqlər