İran İraqa 1500 ədəd avtomobil ixrac edir
https://azeri.sahartv.ir/news/İran-i240887-İran_İraqa_1500_ədəd_avtomobil_ixrac_edir
İran İslam Respublikasının SAIPA avtomobilqayırma şirkəti İraqa 1500 ədəd avtomobil ixrac edəcək
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2016 12:54 Asia/Baku
  • İran İraqa 1500 ədəd avtomobil ixrac edir
    İran İraqa 1500 ədəd avtomobil ixrac edir

İran İslam Respublikasının SAIPA avtomobilqayırma şirkəti İraqa 1500 ədəd avtomobil ixrac edəcək

İRNA-nın verdiyi məlumata görə, İranın SAIPA avtomobilqayırma şirkəti sədrinin ixracat üzrə müavini oktyabr ayının əvvəllərindən İraqa avtomobil ixracatının yenidən bərpa edəlməsinə toxunaraq deyib: Noyabrın 20-dək İraqa 1500 ədəd avtomobilin ixracatı nəzərdə tutulmuşdur.

Möhsün Cavan regiondakı böhran və iqtisadi durğunluğa diqqət çəkərək deyib: İraq bazarında avtomobil idxalatının kəskin aşağı düşməsinə rəğmən  SAIPA avtomobilqayırma şirkəti İraq rəsmiləri ilə apardığı müzakirələrdə 1500 avtomobilin bu ölkəyə ixracatına nail olmuşdur. 

Möhsün Cavan deyib:  SAIPA avtomobilqayırma şirkətinin məhsullarının İraqda sevildiyini nəzərə alaraq qarşıdakı 5 ayadək bu şirkətin məhsullarının İraqa ixracatının daha da artacağı proqnoz edilir.