Okt 27, 2016 18:18 Asia/Baku
  • Möhsün Qəmsəri
    Möhsün Qəmsəri

İran və Macarıstan neft əməkdaşlıqlarının genişlənməsi və müştərək layihələrin icrasını vurğulayıblar.

Fars Xəbər Agentliyinin məlumatına görə, Budapeştə səfər edən İranın Milli Neft Şİrkətinin beynəlxalq məsələlər üzrə direktoru Möhsün Qəmsəri Macarıstanın neft və qaz şirkəti olan Moll şirkətinin rəsmiləri ilə görüşdə neft və enerji sektorunda əməkdaşlıqların genişləndirilməsini vurğulayıb və yuxarı və aşağı səviyyələrtə ortaq layihələrin icra olunmasını istəyib. 

Məlumata görə, Möhsün Qəmsəri və Macarıstanın məsul şəxsləri bu görüşdə nüvə anlaşmasının icrasından sonra beynəlxalq arenada yaranan şəraitə toxunaraq Moll və İranın Milli Neft Şirkəti arasında əməkdaşlığa münasib şərait olduğunu və ondan istifadənin edilməsini qeyd ediblər. 

Qəmsəri həmçinin bu iki günlük səfərdə Macarıstanın Dona Neftayırma zavodu ilə yaxından tanış olaraq bu ölkənin neft və qaz şirkətinin rəsmiləri, Xarici İşlər və Ticarət Nazirliklərinin məsul şəxsləri lə görüşüb və danışıqlar aparıb. Görüşlərdə iqtisadi, ticarət, enerji və neft sektorlarında iki ölkə əməkdaşlıqlarının artırılması vurğulanıb. 

Teqlər