Okt 31, 2016 14:01 Asia/Baku
  • Zəhra Sai
    Zəhra Sai

İranın türk sakinli bölgələri fraksiyasının sözçüsü belə bir fraksiyanın yaradıldığını və onun rəyasət heyətinin təyin olunduğunu bildirib.

Zəhra Sai İSNA-ya verdiyi açıqlamada deyib: Türk sakinli bölgələrin fraksiyası parlamentin 100 deputatının iştirakı ilə yaradıldı, bunlardan 25 nəfəri mərkəzi şuranın üzvləridir. Bu iclasda rəyasət heyəti üçün də seçki keçirildi və nəticədə Məsud Pezeşkian fraksiyanın rəhbəri seçildi.

Xanım Zəhra Sainin dediyinə görə, Urmiyənin deputatı Nadir Qazipur və Ərdəbildən olan millət vəkili Rza Kərimi fraksiyanın sədrəvəzi seçiliblər. 

Türk sakinli bölgələr fraksiyasının sözçüsü belə bir fraksiyanın yaradılmasının məqsədi barədə deyib: Ölkədə türk sakinli bölgələrin genişliyini, bu bölgələrdə problemlərin həlli üçün strateji idarəetməni nəzərə alaraq bu fraksiya türk dilli deputatların iştirakı ilə millət vəkillərinin türk sakinli bölgələrin problemlərinin həlli istiqamətindəki potensiallarından istifadə məqsədi ilə yaradıldı. 

Zəhra Sai deyib: Bu fraksiyanın üzvlərinin parlamentin müxtəlif komissiyalarına da üzv olduqlarını nəzərə alaraq, müxtəlif sahələrə aid olan problemləri fraksiya üzvləri vasitəsi ilə həll etməyi qərara almışıq. 

Sai sonda bildirib ki, türk sakinli bölgələr fraksiyası ölkənin milli mənafeyini mühafizə edərək milli birliyin daha da gücləndirilməsi, ölkədə balanslı inkişafın təmin edilməsi ardıncadır. 

Teqlər