İran İraq Kürdüstanı və Mosulda təhlükəsizliyin bərqərar edilməsini istəyir
-
İran İraq Kürdüstanı və Mosulda təhlükəsizliyin bərqərar edilməsini istəyir
İraq Kürdüstanı Vətənpərvər Birliyinin beynəlxalq əlaqələr üzrə məsul şəxsi deyib: İran İraq Kürdüstanı məntəqəsinin problemlərinin həll edilməsini və Mosulda təhlükəsizliyin təmin edilməsini istəyir.
Səid Əhməd Pire İran İslam Respublikasına olan səfəri zamanı, çərşənbə günü İRNA-ya verdiyi müsahibədə deyib: İranda baş tutan görüşlərin səviyyəsini nəzərə alaraq, bu səfəri son dərəcə uğurlu hesab etmək olar və bu səfər zamanı İran rəsmiləriilə regional proseslərlə bağlı ciddi danışıqlarımız oldu.
İraq Kürdüstanı Vətənpərvər Birliyinin Siyasi Bürosunun üzvü Mosulun taleyi barədə də dedi: İranlılar Mosul və onun taleyinə böyük önəm verirlər. Mosulda təhlükəsizliyin təmin edilməsini istəyirlər.
Əhməd Pire əlavə edib: İraq Kürdüstanı rəsmiləri də Mosulda təhlükəsizliyin təmin edilməsinə inanırlar və bəzi cərəyanların xarici müdaxilə ilə Mosulda vəziyyəti gərginləşdirməsinə icazə verilməməlidir.
Əhməd Pire İraq Kürdüstanı məntəqəsində mövcud olan siyasi problemlər barədə də deyib: İran İslam Respublikası bu siyasi çəkişmələrə son verilməsini və İraq Kürdüstanında siyasi sabitliyin bərqərar edilməsini istəyir.
İraq Kürdüstanı Vətənpərvər Birliyinin nümayəndə heyəti Molla Bəxtiyarın sədrliyi ilə bazar günü Tehrana səfər etmişdi. Bu səfər zamanı İranın xarici işlər və daxili işlər nazirləri, Quruluşun Məsləhət Şurasının katibi və İnqilab Rəhbərinin ali müşaviri ilə görüşlər həyata keçirilib.