İran və Avstraliya aeronavtika və hava nəqliyyatı sahəsində əməkdaşlıq sənədi imzalayıb
https://azeri.sahartv.ir/news/İran-i243449-İran_və_avstraliya_aeronavtika_və_hava_nəqliyyatı_sahəsində_əməkdaşlıq_sənədi_imzalayıb
İran və Avstraliya iki ölkə arasnda aeronavtika və hava nəqliyyatı sahəsində iki anlaşma memorandumunu Avstraliya paytaxtı Kanberrada imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2016 07:56 Asia/Baku
  • Avstraliya və İran
    Avstraliya və İran

İran və Avstraliya iki ölkə arasnda aeronavtika və hava nəqliyyatı sahəsində iki anlaşma memorandumunu Avstraliya paytaxtı Kanberrada imzalayıb.

İRNA-nın məlumatına görə, İran və Avstraliya arasında aeronavtika və hava nəqliyyatı üzrə iki anlaşma memorandumu İran İslam Respublikasının Kanberradakı səfirliyinin əməkdaşlığı və İranın Təyyarəçilik Təşkilatı və Avstraliyanın İnfrastruktur və Regional İnkişaf Nazirliyi rəsmilərinin müzakirələrindən sonra imzalanıb. 

İran və Avstraliya bu iki sənədə əsasən, hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıqların genişləndirilməsində maraqlı olduqlarını elan edib və onun icra yollarını müəyyənləşdiriblər. Qeyd olunan iki sənəd İran və Avstraliya arasında sərnişin və ticarət daxil olmaqla beynəlxalq hava xidmətlərinin inkişafı üzrə hüquqi çərçivəni müəyyənləşdirir. Bu anlaşmaya əsasən, iki ölkə təyyarələrinin bir-birinin səmasından keçməsi, bir-birlərinin aeroportlarında eniş etməsi, hava xidmətlərinin verilməsi, iki ölkəyə aid hava yolları şirkətləri arasında ayrı-ayrı razılaşmalardan sonra  İran və Avstraliya şəhərləri, o cümlədən Sidney, Brizbon, Melborn, Pers və Tehran, Məşhəd, Şiraz və İsfahan arasında birbaşa uçuşların tətbiq edilməsinə şərait yaradılır.