Noy 05, 2016 13:15 Asia/Baku
  • İranda 22-ci mətbuat sərgisi
    İranda 22-ci mətbuat sərgisi

620 pavilyonda 900 mediya nümayəndələrinin eləcə də İİR prezidentinin iştirakı ilə Tehranın İmam Xomeyni(r.ə) adına müsəllasında 22-ci mətbuat sərgisi "şəffaflıq və sədaqət" şüarı ilə öz işinə başlayıb

Mətbuat sərgisi ilə eyni zamanda əcnəbi jurnalistlərin iclasları, təlim toplantıları, gündəmdə olan jurnalistik  mövzularda ixtisas görüşləri kimi tədbirlər də həyata keçiriləcək. 

22-ci mətbuat sərgisinin açılış mərasimində çıxış edən İran İslam Respublikası prezidenti medianın inkişafa zəmin yaratdığını bildirərək deyib: Mədəniyyət silahdan daha güclüdür və mediya mədəni vasitədir. 

Həsən Ruhani regiondakı mürəkkəb duruma toxunaraq deyib: Region təhlükəsizliyə ehtiyaclıdır bu da terrorçular və düşmənlərin qarşısında vəhdət və bütövlük yolu ilə mümkün ola bilər. 

Ruhani bu gün regionun üz-üzə durduğu təhlükəsizlik probleminin dini görüntülü cahil düşüncələrlə yanaşı olan terrorizmdən ibarət olduğunu bildirərək deyib: Bu qruplar islamdan yanlış anlayışa malik olaraq müsəlmanların canına daraşıblar. 

İİR prezidenti narazılığı terrorizmin yayılmasının səbəbi kimi təqdim edərək deyib: Regionun təhlükəsizlik problemi cəmiyyətin birliyi və bütövlüyü ilə həl oluna bilər və müharibənin qarşısının alınmasında ən önəmli amil diplomatiyadır. 

İranın Ali Milli təhlükəsizlik Şurasının sədri deyib: Belə bir şəraitdə və bu kimi təhdidlər qarşısında İran xalqını terrorizmin nəhs planından mühafizə edə biləcək amil xalqın vəhdətidir, İranın silahlı qüvvələri isə regionun önəmli gücü olaraq bədxahlar və düşmənlərin hər hansı ehtimali təcavüzü qarşısında dayanıb. 

Teqlər