Noy 05, 2016 17:29 Asia/Baku
  • İran və Beynəlxalq Nüvə Sintezi Proqramı
    İran və Beynəlxalq Nüvə Sintezi Proqramı

İranın Atom Enerjisi Təşkilatının sədri İran və Beynəlxalq Nüvə Sintezi Proqramı(İTER) arasında ilk əməkdaşlıq sənədinin imzalanmasından xəbər verib.

İRNA-nın məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi şənbə günü İTER ilə əməkdaşlıq sənədinin imzalanmasının ardınca ümidvarlıq edib ki, İran cari ilin sonuna kimi İTER-in rəsmi üzvünə çevrilsin. 

Salehi həmçinin, İTER-in baş direktoru Bernard Biqot ilə birgə mətbuat konfransında deyib: İran və İTER arasındakı əməkdaşlıq sənədi informasiyaların məxfiliyi ilə əlaqədardır və tərəflər qarşılıqlı şəkildə informasiyaların məxfiliyini qorumaq barədə üzərlərinə öhdəlik götürüblər. 

İranın Atom Enerjisi Təşkilatının sədri İTER ilə birgə əməkdaşlığın son dərəcə önəmli olduğunu vurğulayıb və deyib: Bu layihə İran İslam Respublikası Prezident Administrasiyasının elm və texnologiyalar şöbəsinin nəzarəti altında həyata keçiriləcək. 

İTER-in baş direktoru bu layihənin icrasında iranlı mütəxəssislərin də aktiv iştiraka malik olacağını bildirib və deyib: İran İslam Respublikasının İTER ilə əməkdaşlığı detallar və kompüter proqramları sahələrini əhatə edəcək. 

İTER-in baş direktoru da deyib: İran İslam Respublikası mühüm və inkişaf etmiş bir ölkə olaraq İTER-in proqramlarının icrasında mühüm rol oynaya bilər. 

Biqot İranın nüvə sintezi sahəsində dərin təcrübəyə malik olduğunu bildirib və deyib: İTER layihəsi nüvə sintezi sahəsində müasir və mühüm layihələrdən sayılır və İran daxil olmaqla bütün ölkələrin bu layihədə iştirakı onun inkişafında mühüm rola malik ola bilər. 

İTER-in baş direktoru bu gün İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehinin dəvəti ilə İrana səfər edib. 

Beynəlxalq Nüvə Sintezi Proqramının mərkəzi ofisi (İTER) Fransanın cənubunda, Nis şəhərinin yaxınlığında yerləşir. 

Bu layihənin məqsədi yeni nüvə reaktorlarından istifadə etəklə, ucuz , davamlı və ətraf mühit üçün zərərli olmayan sağlam enerji istehsal etməkdir. 

Teqlər