İran: ABŞ-ın gələcəkhökuməti nüvə anlaşması qarşısındakı öhdəliklərini yerinə yetirməlidir
-
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Amerikada prezident seçkiləri barədə deyib: Seçki yaxşı fenomendir və İran dünyanın hər bir yerində seçkilərin keçirilməsini müsbət qiymətləndirir. Amerika seçkilərinə gəlincə isə kimin qalib gələcəyini başqaları deyil ABŞ xalqı müəyyənləşdirəcək.
İİR XİN sözçüsü deyib: ABŞ-da iqtidara gələcək hökumət hazırkı hökumətin nüvə anlaşması ilə bağlı İran qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməlidir və onları poza bilməz.
Qasimi İranın 2 milyard dollarlıq əmlakı barədə İranın ABŞ əleyhinə Haaqa Məhkəməsinə etdiyi şikayət barədə isə deyib: Dünyanın hər bir yerində o cümlədən də Haaqa Məhkəməsində məhkəmə prosesi uzundur və vaxt tələb edir; ilkin təşəbbüslər həyata keçirilməli və proses öz təbii axarına düşməlidir.