Noy 07, 2016 21:13 Asia/Baku
  • İran BP və Shell-lə danışıqlar aparır
    İran BP və Shell-lə danışıqlar aparır

İranın cənub neft əraziləri şirkətinin icraçı direktoru bu ərazilərdə bəzi yataqların inkişafı üçün BP və Shell şirkətləri ilə müzakirələrin getdiyini bildirərək deyib: Bu şirkət gələn il üçün gündəlik 3 milyon 500 min barrel neft istehsalını planlaşdırıb.

Fars informasiya agentliyinin verdiyi  məlumata görə, Bijən Alipur Korənc, Parsi, Rəgsefid və Şadeqan yataqlarının yeni müqavilələrə daxil olduqlarını bildirərək Britaniyanın BP və Shell eləcə də Rusiya və Çinin şirkətləri ilə müzakirələrin davam etdiyini deyib. O bildirib ki, gələn 3 ay ərzində bizim bu şirkətlərlə sözü gedən yataqların genişləndirilməsi üzrə müzakirələrimiz yükunlaşacaq.

Bijən Alipur Əhvaz sərgisi barədə deyib: Bu sərgidə neft sənayesində istifadə olunan detallar istehsal və təmin edən 250 şirkət iştirak edir, bunlar cənub neft əraziləri şirkətinin ehtiyacı olduğu təchizatları istehsal edirlər. 

Alipur bu şirkət tərəfindən gündə 2 milyon 440 min barrel neftin ixracatına toxunaraq deyib: Hal-hazırda neftlə zəngin ərazilərdə 3 milyon barrel neft və neft məmulatları istehsal olunur və ilin sonunadək bu rəqəmə 40 min barrel də əlavə olunacaq. Gələn il üçün isə bu ərazidən 3 milyon 500 min barrel neft istehsalını planlaşdırırıq.

İranın cənub neft əraziləri şirkətinin icraçı direktoru duzun alınması layihələrinə toxunaraq deyib: Əhvaz-Mahşəhr yolunda yerləşən 220 min barrel qabiliyyətə malik olan duzdan təmizləmə mərkəzinin inşaat əməliyyatı 85 faiz , Gəçsaran və Həftkəl bölmələri isə 95 faiz yekunlaşmışdır və ümumiyyətlə demək olar ki, ərazidə duzdan təmizləmə qabiliyyəti 4.5 milyon barreldən ibarətdir. 

Alupur neft ərazilərində bəzi yataqlarda məhsuldarlıq göstəricisinə toxunaraq deyib: Neft Nazirliyinin göstərişinə əsasən 6 yataqda məhsuldarlığın artırılması məqsədi ilə ölkə universitetləri ilə müzakirələrə başlamışıq. Bu yataqlar Əhvaz, Bibi Həkimə, Rəg Sefid, Parsi , Mənsuri və Ağ Teymur yataqlarıdır. 

Alipur Ağacəri neft yatağına qazın ötürülməsinə toxunaraq deyib: Hal-hazırda və mövcud statistikalara görə cari il və ötən il yataqlara 110-120 milyon kub metr qaz ötürülmüşdür. 

 

 

Teqlər