Noy 09, 2016 17:13 Asia/Baku
  • İran prezidenti Həsən Ruhani
    İran prezidenti Həsən Ruhani

İran İslam Respublikası prezidenti deyib: ABŞ prezident seçkilərinin nəticəsi İslam Respublikasının siyasətlərində təsirə malik deyil.

İran prezidenti Həsən Ruhani çərşənbə günü nazirlər kabinetinin iclasında İranın izzəti və müstəqilliyinin İran dövlətinin sadəcə xalqın iradəsi və istəyindən təsir alması və xarici ölkələrdə hökumətlərin dəyişməsindən təsir almaması adlandırıb və deyib: İranın dünya ilə konstruktiv anlaşma və iqtisadi böhranların yarılması üzrə siyasəti İranın digər ölkələr ilə iqtisadi əlaqələrini inkişaf və geri dönüşü olmayan bir yolda qərar veribdir. 

Ruhani bu gün Amerikanın artıq İranofobiyadan istifadə və dünya ölkələri arasında İran əleyhinə ümumi fikrin formalaşdırılması qüdrətinə malik olmadığını deyərək, əlavə edib: Yanlış siyasətlərinə görə, ABŞ-ın dünya ictimaiyyəti yanındakı mövqeyi zəifləyib və dünya ictimaiyyəti və Avropa ilə ixtilaflar bu vəziyyətə daha artıq zərbə vurmuş olacaq. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani də deyib: Amerikada keçirilən 45-ci prezident seçkilərinin nəticəsi bir daha sübut etdi ki, bu ölkə ictimaiyyətinin böyük əksəriyyəti ölkənin hazırkı quruluşundan yorulub və artıq ona etibar etmir. 

Ə.Şəmxani ABŞ prezident seçkilərinin nəticəsini İran İslam Respublikasının siyasətləri və rəftarlarında təsirsiz adlandırıb və deyib: Bəzi region ölkələrinin əksinə olaraq İranın müstəqil siyasət yürütməsi və məntiqli rəftara malik olması heç bir zaman digər ölkələrdə hakimiyyət dəyişikliyinin təsir altına düşməyib və İranın siyasəti xalqın dəstəyi və yerli potensiallara arxalanmaq sayəsində hikmət, izzət, və məsləhət əsasında aydın yolda davam etməkdədir. 

ABŞ mediaları bu ölkədə prezident seçkilərinin başa çatmasının ardınca Donald Trampı bu ölkənin 45-ci prezidenti elan etdilər. 

Teqlər