Noy 11, 2016 13:42 Asia/Baku
  • Ərbəin zəvvarları
    Ərbəin zəvvarları

Ərbəin zəvvarlarının Astara gömrük məntəqəsi vasitəsi ilə İrana girişi davam edir.

Ərbəin zəvvarlarının İran yolu ilə Kərbəlaya səfərinin davamında Dağıstan Muxtar Respublikasından olan 50 zəvvar Azərbaycandan keçərək, Astara gömrük məntəqəsi vasitəsi ilə İrana daxil olub. 

Əsasən azərbaycanlı və rus zəvvarlardan ibarət olan bu karvan yerli rəsmilər tərəfindən Kərbəla istiqamətində müşayiət edilib. 

Astara sərhəd şəhəri ötən günlər ərzində Ərbəin mərasimində iştirak etmək üçün 7 karvanın tərkibində səfər edən 450 zəvvarın şahidi olub. Bu zəvvarlar Azərbaycan, Gürcüstan və Rusiya vətəndaşları olublar. 

Teqlər