Noy 20, 2016 11:34 Asia/Baku
  • Hüseyn(ə) Ərbəini günündə İran xalqı əzadarlıq edir
    Hüseyn(ə) Ərbəini günündə İran xalqı əzadarlıq edir

İslami İran Hüseyn(ə) Ərbəini günündə matəm içindədir.

Bu gün, bazar günü, 1438-ci hicri qəməri ili, səfər ayının 20-si və 2016-cı il noyabrın 20-si, şiələrin üçüncü imamı, şəhidlər ağası Həzrət İmam Hüseyn(ə)-ın və onun vəfalı köməkçilərinin şəhid olmasının qırxıncı günü, Ərbəin günüdür.

Həzrət İmam Hüseyn(ə) 61-ci hicri qəməri ili məhərrəm ayının onunda, Kərbəlada 57 yaşında şəhid oldu. Həzrət İmam Hüseyn(ə) Məkkə-Kərbəla yolunda və Kərbəla hadisəsində şəhid olduğu anadək açıq şəkildə vurğuladı: Mənim hərəkət etməkdə məqsədim, Yezidin İslam əleyhinə olan hökumətini rüsvay və "əmr be məruf və nəhy əz munkər"i bərqərar etmək, zülm və zülmkarlıq qarşısında dayanmaqdır və Qurani-Kərimi himayə və əsl Muhəmməd İslamını yaşatmaqdan savayı bir hədəfim yoxdur.

İran xalqı şiələrinn üçüncü imamı, şəhidlər ağası Həzrət İmam Hüseyn(ə)-ın şəhid olmasının qırxıncı günü, Ərbəin günündə Tasua və Aşura günlərində olduğu kimi hüseyniyyələr, məscidlər və dünya şiələrinin səkkizinci imamı- İmam Rza(ə)-ın Məşhəd şəhərində, eləcə də Həzrət Məsumə(s.ə)-nın Qum şəhərində yerləşən pak ziyarətgahlarında, həmçinin digər dini məkanlarda əazadarlıq edir.

Növhə oxumaq, sinə və zəncir vurmaq, eləcə də şiələrin üçüncü imamı, şəhidlər ağası Həzrət İmam Hüseyn(ə)-ın şəxsiyyəti və yeri barədə çıxışlar etmək, İslami İranın mömin və hüseyni xalqının Hüseyn(ə) Ərbəini günündəki tədbirlərindəndir.

İran İslam Respublikasınn Radio və Televiziya Təşkilatı Hüseyn(ə) Ərbəini münasibətilə bütün müsəlmanlara, o sıradan dünya şiələrinə və digər azadlıqsevərlərə başsağlığı verir.

Teqlər