Noy 21, 2016 11:36 Asia/Baku
  • Küveyt İranın mövqeyini alqışlayıb
    Küveyt İranın mövqeyini alqışlayıb

Küveytin neft nazirinin müavini İranın neft ixrac edən ölkələr təşkilatının(OPEK) Doha iclasındakı fəal rolu və mövqelərini alqışlayıb.

Küveytdə çıxan Ərrəy qəzetinin yazdığına görə, Küveytin neft nazirinin müavini Təlal Əl-Əzbi OPEK-in cümə axşamı keçirilən Doha iclasından razı qaldığını bildirib və deyib: Bu iclasda İran İslam Respublikasının rolu və mövqeləri konstruktiv idi. 

Küveytin neft nazirinin müavini deyib: Doha iclasında iranlı heyət dünya bazarlarındakı durumu düzgün qiymətləndirərək digər üzvlərlə əməkdaşlığa hazır olduğunu bildirdi. 

Təlal Əl-Əzbi Doha iclasının OPEK-in 30 noyabr Viyana iclasına müsbət təsir göstərəcəyinə ümidvarlığını bildirib. 

OPEK üzvləri sentyabrın 28-də Əlcəzayirdə neft bazarında təklifin miqdarını  məhdudlaşdırmaq, sanksiyalara görə istehsal səviyyələri aşağı olan İran, Liviya və Nigeriyanı bu qərardan istisna etməklə razılaşdılar. 

Bu razılaşmanın təfərrüatı OPEK-in nazirlər iclasının 30 noyabr Vyana iclasında yekunlaşacaq. 

İranın neft naziri Bijən Namdar Zəngənə cümə axşamı bildirib ki, OPEK-in neft və enerji nazirlərinin 30 noyabr iclasında razılığın əldə edilməsi ehtimalı çoxdur. 

Teqlər